Azərbaycan "FINTEX 2020" virtual sammiti keçirəcək

Azərbaycan "FINTEX 2020" virtual sammiti keçirəcək
# 20 avqust 2020 09:47 (UTC +04:00)

Bu ilin oktyabrın 8-9-da "Bank və ödəniş ekosistemində yeni trendlər: İnnovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusunda “FINTEX 2020" virtual sammiti keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyasından (ABA) "APA-Economics"ə verilən məlumata görə, sammit bütün maraqlı tərəflərin bir araya gəlməsini, yeni fikirlərin, təcrübələrin bölüşməsini, məhsullar təqdim etməsini, işgüzar əlaqələrin qurulmasını və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirəsini nəzərdə tutur.

Sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. "FINTEX 2020" tənzimləyici orqanını, bankları, fintexləri, assosiasiyaları, beynəlxalq maliyyə təşkilatları, yerli səfirlikləri, akademik dairələri, tanınmış şirkətləri rəhbər nümayəndələri, qərarqəbulediciləri və inflyuenserləri bir araya gətirəcək.

Tədbirdə maliyyə xidmətlərində gələcək risklər, ödəniş ekosistemi, rəqəmsal ekosistemlər, alternativ maliyyələşmə, kibertəhlükəsizlik, blokçeyn, rəqəmsal aktivlər və digər mövzular müzakirə ediləcək.

Tədbir ABA tərəfindən təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR