Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb
# 19 mart 2020 11:39 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycana 60 616,6 min ABŞ dolları dəyərində 6 574 ədəd avtomobil ixrac edib ki, bu da illik müqayisədə 4 399 ədəd və ya 3 dəfə çoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin ilk iki ayı ərzində isə Gürcüstan Azərbaycana 19 797,0 min dolları (artım 3,1 dəfə) dəyərində 2 175 ədəd avtomobil ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR