Azərbaycan IFC ilə birgə birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlayır

Azərbaycan IFC ilə birgə birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlayır
# 20 aprel 2021 13:09 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə birbaşa xarici investisiyaların təşviqinə dair yeni beşillik (2021-2025-ci illər üzrə) strategiya hazırlayır.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Azpromo-nun investisiyaların təşviqi departamentinin rəhbəri Zöhrab Qədirov deyib.

Onun sözlərinə görə, bu strategiyada bir neçə ən yaxşı beynəlxalq təcrübələr öz əksini tapıb: “Strategiya çərçivəsində nəzərdə tutulan tədbirlərdən sektorlar üzrə dəyər təkliflərinin və investisiya layihələrin hazırlanmasıdır ki, burada yerli şirkətlərə öz layihələrinin hazırlanmasına dəstək veriləcək. Digər məqam investorlarla birbaşa çalışmaqdan gedir ki, burada həm yeni xarici investorların ölkəyə cəlb olunması, həm də artıq fəaliyyət göstərən xarici investorlarla işlərin mütəmadi olaraq aparılması və onların ölkədə fəaliyyətlərinin genişləndirilməsinə dair dəstəyin verilməsi istiqamətidir”.

Z. Qədirov həmçinin əlavə edib ki, bundan irəli gələn üçüncü istiqamət, investorlara sonradan qayğı xidmətlərinin göstərilməsidir.

“Biz düşünürük ki, artıq bu proses daha fərdi şəkildə baş tutmalıdır. Məsələn, bunu özəl bankçılıq prinsipləri əsasında qurmaq vacibliyi var və biz artıq bu işlə məşğuluq. Digər bir məqam da ondan ibarətdir ki, artıq investorların bizə müraciətləri əsasında və araşdırdığımız dünyada ən yaxşı təcrübələr əsasında qanunvericiliyə verə biləcəyimiz yeni təkliflərdir. Yəni qanunvericiliyin təkmilləşdirilməsi üzrə yeni təkliflərin verilməsi də böyük əhəmiyyət kəsb edir”, - deyə Z. Qədirov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR