Azərbaycan Ukraynaya yatırdığı investisiyaları 2 mlrd. dollara çatdırmaq niyyətindədir

Azərbaycan Ukraynaya yatırdığı investisiyaları 2 mlrd. dollara çatdırmaq niyyətindədir
# 26 fevral 2020 13:01 (UTC +04:00)

Azərbaycan Ukrayna iqtisadiyyatına yatırdığı investisiyaların həcmini 2 mlrd. ABŞ dollarına çatdırmağa planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bunu Ukrayna mediasına Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev deyib.

Səfirin sözlərinə görə, Azərbaycan bunu Ukraynada iki ticarət evi vasitəsilə etmək niyyətindədir: "Bu evlər Ukrayna və Azərbaycanın işgüzar dairələrinin toplaşdığı və konkret məsələlərin müzakirəsi üçün yaxşı platformadır".

Bundan başqa, səfir qeyd edib ki, bu məsələ ilə əlaqədar Azərbaycanın İqtisadiyyat naziri ilə danışıqlar aparılıb və nazir tezliklə Ukrayna, Belarus və Moldovaya səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR