Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb

Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb
# 15 sentyabr 2020 10:02 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 8 370,85 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8% azalıb.

Cari ilin səkkiz ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,73%-ə bərabər olub.

Hesabat dövründə qeyd olunan məhsulların ölkəyə idxalının dəyəri 43 628,67 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 8,4% azdır.

Cari ilin yanvar-avqust aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,51% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR