Azərbaycan bankları 830 şəhidə aid 1 500-dən çox kredit borcunu silib

Azərbaycan bankları 830 şəhidə aid 1 500-dən çox kredit borcunu silib
# 30 mart 2021 15:55 (UTC +04:00)

Azərbaycan bankları tərəfindən fərdi yanaşma əsasında şəhid ailələrinin, yaralı hərbiçilərin və mülki şəxslərin öhdəliklərinin silinməsi təmin edilib.

Azərbaycan Banklar Assosiasiyasından "APA-Economics"ə verilən məlumata görə, nəticədə 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borc, həm də faizlər silinib.

Eyni zamanda, şəhidlərin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət alan hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olan 15 nəfər və ciddi zərər çəkən 9 nəfər mülki şəxsin borc öhdəlikləri banklar hesabına tamamilə bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR