Azərbaycan bankları "Elektron Məhkəmə" sisteminə qoşulur

Azərbaycan bankları "Elektron Məhkəmə" sisteminə qoşulur
  • Clock-gray 16:43
  • calendar-gray 18 Mart 2021

Azərbaycan banklarının "Elektron Məhkəmə" İnformasiya Sisteminə inteqrasiyası başa çatmaq üzrədir.

Azərbaycan Banklar Assosiasiyasından "APA-Economics"ə verilən məlumata görə, zəruri proqram təminatı bankların daxili serverlərinə uyğunlaşdırılıb və yaxın zamanda məhkəmələr tərəfindən müvafiq sorğuların elektron qaydada cavablandırılması təmin ediləcək.

Həmçinin bildirilib ki, hazırda "Elektron notariat" və "Elektron icra" sistemləri ilə də bağlı müvafiq işlər görülür.

Hüseyn Vəliyev

Digər xəbərlər