Azərbaycan banklarında əcnəbilərin əmanətləri apreldə 19% azalıb

Azərbaycan banklarında əcnəbilərin əmanətləri apreldə 19% azalıb
  • Clock-gray 10:40
  • calendar-gray 02 İyun 2020

Azərbaycan kommersiya banklarında əcnəbi vətəndaşların əmanətləri apreldə 18,7% azalaraq mayın 1-nə 371,6 mln. mln. manat təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, əmanətlərin həcmində ilin əvvəli ilə müqayisədə isə 14,4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 37,5% azalma qeydə alınıb.

Mayın 1-nə əsasən, qeyri-rezidentlərin Azərbaycan banklarındakı əmanətlərinin 101,2 mln. manatı və ya 27%-i milli, 270,4 mln. manatı və ya 73%-i xarici valyuta ilə yerləşdirilib.

Nərmin Rəhimova

Digər xəbərlər