Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətləri azalıb

Azərbaycan banklarında qeyri-rezidentlərin əmanətləri azalıb
  • Clock-gray 13:11
  • calendar-gray 27 İyul 2020

Qeyri-rezidentlərin Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında əmanətlərinin həcmi cari il iyulun 1-nə 355 mln. manat təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu göstərici aylıq ifadədə 1,0%-ə yaxın, ilin əvvəlindən 18% azalıb, illik müqayisədə isə 29,4% azdır.

Bildirək ki, 1 iyul 2020-ci il tarixinə xaricilərin kommersiya banklarındakı əmanətlərinin 102,4 mln. manatı və ya 29%-i milli valyutada, 252,5 mln. manatı və ya 71%-i xarici valyutada yerləşdirilib.

Qeyd edək ki, fiziki şəxslərin kommersiya banklarındakı əmanətlərinin cəmi 1 iyul 2020-ci il tarixinə 7 706,4 mln. manat təşkil edib.

Nərmin Rəhimova

Digər xəbərlər