Azərbaycan əhalisi bu il nağd avro alışını kəskin azaldıb

Azərbaycan əhalisi bu il nağd avro alışını kəskin azaldıb
# 27 noyabr 2020 17:10 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 15,615 mln. avro təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 43,4% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi ötən ilin oktyabr ayı ilə müqayisədə isə 3,8 dəfə azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında isə ölkə əhalisi 203,741 mln. avro alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 58,2% azdır.

Bundan başqa, oktyabr ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 4,465 mln. avro təşkil edib ki, bu da aylıq müqayisədə 11,3%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 5,4 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR