Azərbaycan əhalisi fevralda nağd avro alışını 50% artırıb

Azərbaycan əhalisi fevralda nağd avro alışını 50% artırıb
# 01 aprel 2020 11:25 (UTC +04:00)

Bu ilin fevral ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 42 940,6 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 10 284,9 min avro və ya 19,3% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 12 138,9 min manat və ya 39,4% çoxdur.

Bundan başqa, fevral ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 10 275,4 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 3 904,6 min manat və ya 27,5% azdır. Aylıq ifadədə isə bu göstərici 1 397,9 mln. manat və ya 12% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR