Azərbaycan əhalisi nağd avro alışını 10 dəfədən çox azaldıb

Azərbaycan əhalisi nağd avro alışını 10 dəfədən çox azaldıb
  • Clock-gray 17:36
  • calendar-gray 02 İyun 2020

Bu ilin aprel ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 5 250,3 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 10,6 dəfə azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 3,8 dəfə azalıb.

Bundan başqa, aprel ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 3 993,5 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 11 776,9 min manat və ya 3,9 dəfə azdır. Aylıq müqayisədə isə azalma 3 563,2 min avro və ya 47,1%-ə bərabər olub.

Mirsəid İbrahimzadə

Digər xəbərlər