Azərbaycan əhalisi nağd avro alışını kəskin azaldıb

Azərbaycan əhalisi nağd avro alışını kəskin azaldıb
# 05 may 2020 11:13 (UTC +04:00)

Bu ilin mart ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 19 766,9 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 2,3 dəfə azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi aylıq müqayisədə isə 2,2 dəfə azalıb.

Bundan başqa, mart ayında ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 7 556,8 min avro təşkil edib ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 1 026,7 min manat və ya 12% azdır. Aylıq müqayisədə isə azalma 2 718,7 və ya 26,5%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR