Azərbaycan əhalisi noyabrda dollar alışını azaldıb, satışını artırıb

Azərbaycan əhalisi noyabrda dollar alışını azaldıb, satışını artırıb
# 25 dekabr 2020 17:40 (UTC +04:00)

Bu ilin noyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 140,979 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 96,910 mln. dollar və ya 40,7% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu ilin oktyabr ayı ilə müqayisədə isə noyabrda ölkə əhalisi dollar alışını 63,217 mln. dollar və ya 30,96% azaldıb.

Bu ilin yanvar-noyabr ayında ölkə əhalisi 3,145 mlrd. dollar alıb ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 35,1% çoxdur.

Bundan başqa, bu ilin noyabr ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 91,316 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 36,923 mln. dollar və ya 28,8% azdır, bu ilin oktyabr ayı ilə müqayisədə isə 5,065 mln. dollar və ya 5,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR