Azərbaycan əhalisi oktyabrda ərzaq, içki və siqaretə 1,3 mlrd. manata yaxın xərcləyib

Azərbaycan əhalisi oktyabrda ərzaq, içki və siqaretə 1,3 mlrd. manata yaxın xərcləyib
# 17 noyabr 2020 15:45 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 17 034,5 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,2% və ya 1 292,7 mln. manat artıb.

Təkcə oktyabr ayında əhaliyə 1 913,1 mln. manat həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb ki, bu da sentyabr ayı ilə müqayisədə 4,3% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz bəndi çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR