Azərbaycan əhalisi ötən ay ödənişli xidmətlərə 620 mln. manat xərcləyib

Azərbaycan əhalisi ötən ay ödənişli xidmətlərə 620 mln. manat xərcləyib
# 17 fevral 2021 19:05 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərdən əldə olunan gəlirlər 2020-ci illə müqayisədə 25,1% azalaraq 620,3 mln. manat olub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 461,8 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 74,4%-ni təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar ayında hər bir ölkə sakini orta hesabla 62,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 20 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR