Azərbaycan əhalisi ötən il avtomobil yanacağının alışını azaldıb

Azərbaycan əhalisi ötən il avtomobil yanacağının alışını azaldıb
# 18 yanvar 2021 15:47 (UTC +04:00)

2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlir 2,041 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,5% azdır.

Təkcə dekabr ayında əhali 171,7 mln. manat dəyərində avtomobil benzini və dizel yanacağı satın alıb ki, bu da noyabr ayı ilə müqayisədə 7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,1%-i avtomobil yanacağının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR