Azərbaycan əhalisi ötən il banklardan nağd şəkildə 3,4 mlrd. dollar alıb

Azərbaycan əhalisi ötən il banklardan nağd şəkildə 3,4 mlrd. dollar alıb
# 27 yanvar 2021 17:25 (UTC +04:00)

2020-ci ildə Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 3,374 mlrd. ABŞ dollar təşkil edib. Bu göstərici 2019-cu il ilə müqayisədə 25,9% artıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, təkcə 2020-c ilin dekabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 239,212 dollar təşkil edib ki, bu da aylıq müqayisədə 71,9% çoxdur.

Bundan başqa, 2020-ci il ərzində ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1,139 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 37,7% azalıb. Təkcə dekabr ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 97,574 mln. dollara bərabər olub ki, bu da aylıq müqayisədə 7,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR