Azərbaycan əhalisi yanvar-oktyabrda nağd dollar alışını 44% artırıb

Azərbaycan əhalisi yanvar-oktyabrda nağd dollar alışını 44% artırıb
# 26 noyabr 2020 12:17 (UTC +04:00)

Bu ilin oktyabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 204,196 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 74,416 mln. dollar və ya 19,1% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, bu ilin sentyabr ayı ilə müqayisədə isə oktyabrda ölkə əhalisi dollar alışını 31,543 mln. dollar və ya 18,3% artırıb.

Bu ilin yanvar-oktyabr ayında ölkə əhalisi 3,004 mlrd. dollar alıb ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 43,7% çoxdur.

Bundan başqa, bu ilin oktyabr ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 86,253 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 63,868 mln. dollar və ya 42,5% azdır, bu ilin sentyabr ayı ilə müqayisədə isə 32,761 mln. dollar və ya 27,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR