Azərbaycan əhalisinin apreldə nağd rubl alışı kəskin azalıb

Azərbaycan əhalisinin apreldə nağd rubl alışı kəskin azalıb
# 06 iyun 2020 11:02 (UTC +04:00)

Bu ilin aprel ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd Rusiya rublu kütləsinin həcmi 169 434 min rubl təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 2,5 dəfə azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, banklar tərəfindən əhaliyə satılan nağd rubl kütləsinin həcmi yanvar-aprel ayları ərzində 1 304 617,9 min rubl olub. Bu isə öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23%-dən çox artım deməkdir.

Bundan başqa, aprel ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 545 192 min rubl təşkil edib ki, bu da aylıq müqayisədə 42,8% azdır. Hesabata əsasən, bu ilin ilk dörd ayı ərzində əhalinin satdığı nağd rubl kütləsinin həcmi isə 3 977 679,6 min rubl olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% azalma olduğunu göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR