Azərbaycan əhalisinin bank əmanətlərinin dedollarizasiyası davam edir

Azərbaycan əhalisinin bank əmanətlərinin dedollarizasiyası davam edir
  • Clock-gray 14:07
  • calendar-gray 23 Fevral 2021

2021-ci ilin yanvarın 31-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8 202,9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4,5% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, əmanətlərin 50,7%-i xarici valyutadadır, bu da 2015-ci ilin yanvar ayından bəri əmanətlərinin ən aşağı dollarlaşma səviyyəsidir. Bir ay əvvəl bu göstərici 50,8% idi.

Qeyd edək ki, xarici vətəndaşların banklardakı əmanətlərinin həcmi 286 mln. manat təşkil edib. Bu, illik müqayisədə 32,4% azdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər