Azərbaycan əhalisinin bank əmanətlərinin dollarlaşması azalıb

Azərbaycan əhalisinin bank əmanətlərinin dollarlaşması azalıb
# 01 dekabr 2020 16:25 (UTC +04:00)

Azərbaycanda fiziki şəxslərin bank əmanətlərində dollarlaşma səviyyəsi cari il noyabrın 1-nə 53% təşkil edib.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, əhalinin bank əmanətlərində dollarlaşma aylıq müqayisədə 0,8 faiz bəndi, illik müqayisədə isə 2,4 faiz bəndi azalıb. İlin əvvəlindən bu göstərici 0,9 faiz bəndi artıb.

Bu il noyabrın 1-nə fiziki şəxslərin Azərbaycandakı kommersiya banklarında yerləşdirilmiş əmanətlərinin həcmi 7 870,3 mln. manat təşkil edib. Bu göstərici son bir ayda 0,5% artıb, ilin əvvəli ilə müqayisədə 8,9%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 10,7% azalıb.

Qeyd edək ki, bu ilin noyabrın 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 22 442,1 mln. manat təşkil edib və ümumi dollarlaşma səviyyəsi 57,4% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR