Azərbaycan əhalisinin içki və siqaretə xərcləri son 6 ilin maksimumuna çatıb - QRAFİK

Azərbaycan əhalisinin içki və siqaretə xərcləri son 6 ilin maksimumuna çatıb - QRAFİK
  • Clock-gray 18:02
  • calendar-gray 22 Yanvar 2021

2020-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 168,5 mln. manatlıq içkilər və tütün məmulatları satılıb. Bu göstərici əvvəlki illə müqayisədə 0,5% artıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, statistikanın sözügedən mallar seqmenti üzrə mövcud olduğu 2016-2020-ci illər dövründə ən yüksək göstəricidir.

Qeyd edək ki, ölkədə aylıq siqaret və içki istehlakına nəzər yetirdikdə, istehlakın ən zəif olduğu aprel ayı (pandemiyanın başlanğıc dövrü – 116,8 mln. manat), ən yüksək dövrü isə dekabr ayına (399,3 mln. manat) təsadüf edib.

Mirsəid İbrahimzadə

Digər xəbərlər