Azərbaycan iqtisadiyyatına bu il 4 mlrd. manata yaxın investisiya yatırılıb

Azərbaycan iqtisadiyyatına bu il 4 mlrd. manata yaxın investisiya yatırılıb
# 13 may 2020 13:47 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 903,5 mln. manat vəsait yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.

Məlumata əsasən, bu müddətdə qeyri-neft sektoruna sərmayə qoyuluşu 12,8% azalaraq 2 096,8 mln. manat təşkil edib. Sərf olunmuş vəsaitin də 289,7 mln. manatı qeyri-neft sənayesinin payına düşüb ki, bu da ötən ilin göstəricisindən 26,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR