Azərbaycan iqtisadiyyatına bu il yönələn investisiyalar ÜDM-in 21,7%-ni təşkil edəcək - PROQNOZ

Azərbaycan iqtisadiyyatına bu il yönələn investisiyalar ÜDM-in 21,7%-ni təşkil edəcək - PROQNOZ
# 09 fevral 2021 15:58 (UTC +04:00)

"S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin həcminin ÜDM-dəki payının 21,7% təşkil edəcəyini proqnozlaşdırır.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, gələn il bu göstərici ÜDM-in 21,2%-nə qədər enəcək.

Agentliyin uzunmüddətli proqnozuna əsasən isə, ölkə iqtisadiyyatına investisiya qoyuluşu 2023-cü və 2024-cü illərdə eyni səviyyədə – ÜDM-in 20,6%-nə bərabər olacaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 028,1 mln. manat vəsait yönəldilib. Bu göstərici 2020-ci il ərzində 8,3% azalıb və ÜDM-in 23,5%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR