Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2,6% artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2,6% artıb
# 13 avqust 2020 12:48 (UTC +04:00)

2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7588,3 mln. manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9% artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 5104,7 mln. manatı və ya 67,3%-i məhsul istehsalı sahələrinə, 1745,9 mln. manatı (23,0%-i) xidmət sahələrinə, 737,7 mln. manatı (9,7%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4692,5 milyon manatını və ya 61,8%-ni daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4703,9 mln. manatı və ya 62,0%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,7 %, büdcə vəsaitləri 22,0%, bank kreditləri 6,2%, əhalinin şəxsi vəsaitləri 5,8%, sair vəsaitlər 4,2 %, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,1% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR