Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu ötən il 8%-dən çox azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu ötən il 8%-dən çox azalıb
# 13 yanvar 2021 10:27 (UTC +04:00)

2020-ci ildə Azərbaycanda iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 028,1 mln. manat vəsait yönəldilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2019-cu il ilə müqayisədə 8,3% azdır.

Məlumata əsasən, bu müddətdə qeyri-neft sektoruna sərmayə qoyuluşu 12,3% azalaraq 11 148,4 mln. manat təşkil edib. Sərf olunmuş vəsaitin də 3 001,3 mln. manatı qeyri-neft sənayesinin payına düşüb və bu göstərici illik müqayisədə 12,1% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR