Azərbaycan ixracın təşviqinə ötən il 9 mln. manat xərcləyib

Azərbaycan ixracın təşviqinə ötən il 9 mln. manat xərcləyib
# 16 yanvar 2020 13:57 (UTC +04:00)

2019-cu ildə "Made in Azerbaijan" brendinin tanıtmağı məqsədilə 11 beynəlxalq sərgilərdə vahid ölkə stendi, 9 ixrac missiyası təşkil olunub.

"APA-Economics"in məlumatına görə, bunu 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, ötən il ərzində ixracın təşviqinə 9 mln. manata yaxın vəsait ödənilib: "Həmin ödənilən məbləğ sayəsində 150 mln. ABŞ dollarından artıq məhsulların ixracı stimullaşdırılıb", - deyə Y. Abdullayev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR