Azərbaycan manatı "Big Mac" indeksinin ilk onluğunda yer alıb

Azərbaycan manatı "Big Mac" indeksinin ilk onluğunda yer alıb
# 21 sentyabr 2020 11:40 (UTC +04:00)

Böyük Britaniyanın "The Economist" jurnalının dərc etdiyi "Big Mac" indeksinə görə, Azərbaycan manatı lazımı səviyyədə qiymətləndirilməmiş valyutalarının siyahısında altıncı yeri tutub.

"APA-Economics"in "The Economist"ə istinadən verdiyi məlumata görə, Azərbaycanda "Big Mac"ın qiyməti 3,95 manat və ya 2,32 dollar təşkil edir ki, bu da ABŞ-dakı qiymətdən (5,71 dollar) 59,3% aşağıdır. Yəni manat "Big-Mac" indeksinə görə, dollardan 59,3% ucuzdur və Azərbaycanda dolların məzənnəsi 0,69 manat olmalıdır. Jurnalın ötən yanvar buraxılışında manat dollardan 58,9% ucuz göstərilmişdi və Azərbaycanın milli valyutası dollara nisbətdə lazımi səviyyədə qiymətləndirilməmiş valyutaların siyahısında beşinci idi.

Manatdan daha yüksək səviyyədə qiymətləndirilməmiş valyutalar isə Meksika pesosu (-61%), Ukrayna qrivnası (-61,9%), Türkiyə lirəsi (-64,3%), Rusiya rublu (-66,5%) və Cənubi Afrika randı (-67,4%) olub.

Faktiki səviyyədən daha çox qiymətləndirilmiş valyutalar isə İsveç kronu (+0,8%), Livan funtu (+4,2%) və İsveçrə frankı (+20,9%) olub. Onlara ən yaxın lazımi səviyyədə qiymətləndirilməmiş valyuta isə Norveç kronu olub (-2,8%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR