Azərbaycan optik peyk xidmətləri ixracından gəlirlərini 2% artırıb

Azərbaycan optik peyk xidmətləri ixracından gəlirlərini 2% artırıb
# 03 noyabr 2020 12:07 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 30,9 milyon ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% çoxdur.

"APA-Economics"i məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib. 2020-ci ilin sentyabr ayında isə “Azərkosmos” ASC dünyanın 11 ölkəsinə 522 min ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR