Azərbaycan ötən ay 1,8 mln. dollarlıq optik peyk xidmətləri ixrac edib

Azərbaycan ötən ay 1,8 mln. dollarlıq optik peyk xidmətləri ixrac edib
# 28 fevral 2020 14:49 (UTC +04:00)

Bu ilin yanvar ayında "Azərkosmos" ASC tərəfindən dünyanın 20 ölkəsinə 1,8 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya və optik peyk xidmətləri) ixrac edilib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri​ Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, "Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 79%-ni təşkil edib: "ASC-nin 2020-ci ilin yanvar ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR