Azərbaycan ötən il dövlət torpaqlarının icarəsindən 8,4 mln. manat əldə edib

Azərbaycan ötən il dövlət torpaqlarının icarəsindən 8,4 mln. manat əldə edib
# 16 iyul 2020 14:28 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda dövlət büdcəsinin digər gəlirlərinin tərkibində dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 8 000 min manat məbləğində proqnoza qarşı 8 433,8 min manat və ya 105,4% səviyyəsində icra olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.

Qeyd olunub ki, bu göstərici 2018-ci ilə nisbətən 3 070,5 min manat və ya 57,3% artıb. Bu mənbədən daxil olan vəsaitin xüsusi çəkisi Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin 0,1%-ni təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə müəyyən edilmiş aylıq proqnozlar avqust, sentyabr, noyabr və dekabr aylarında 13,8-130% intervalında artıqlaması ilə, digər aylarda isə 11,1-67,6% intervalında kəsirlərlə icra edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR