Azərbaycan ötən il maliyyə aktivlərini artırıb, öhdəliklərini azaldıb

Azərbaycan ötən il maliyyə aktivlərini artırıb, öhdəliklərini azaldıb
# 31 mart 2021 12:06 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanın xalis maliyyə aktivləri 1 232,5 mln ABŞ dolları artıb ki, bu da xaricə yönəldilmiş birbaşa investisiyalar (825,3 mln. dollar), portfel investisiyaları (22,7 mln. dollar) və digər investisiyalar (384.5 mln. dollar) hesabına formalaşıb

APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 1 168,3 mln. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (55,5 mln. dollar), neft bonusu (451,6 mln. dollar), portfel investisiyaları (-259,1 mln. dollar) və digər investisiyalar (-1 416,3 mln. dollar) hesabına formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR