Azərbaycan ötən il sikkə idxalını artırıb

Azərbaycan ötən il sikkə idxalını artırıb
# 14 fevral 2020 11:25 (UTC +04:00)

2019-cu il ərzində Azərbaycana 2 240,69 min ABŞ dolları dəyərində 229 582,7 kq sikkə idxal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat ilində ölkədən 0,16 min dollar dəyərində 8 kq eyni adlı məhsul ixracı həyata keçirilib.

Beləliklə, idxalın həcmi dəyər olaraq azalsa da, miqdar baxımından artıb.

Qeyd edək ki, 2018-ci ildə 5 574,63 min dollar dəyərində 53 787,65 kq sikkə idxal olunub. İxrac isə həyata keçirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR