Azərbaycan ötən il xaricə 825 mln. dollardan çox investisiya yatırıb

Azərbaycan ötən il xaricə 825 mln. dollardan çox investisiya yatırıb
# 31 mart 2021 11:27 (UTC +04:00)

2020-ci ildə Azərbaycan xaricə 825,3 mln. ABŞ dolları məbləğində investisiya göndərib ki, bu da ölkənin xalis maliyyə aktivlərinin 1 232,5 mln. dollar artmağı ilə nəticələnib.

APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, sözügedən 1 232,5 mln. dollarlıq artım həm də portfel investisiyaları (22,7 mln. dollar) və digər investisiyalar (384,5 mln. dollar) hesabına formalaşıb.

Beləliklə, 2020-ci ilin yekunlarına görə, ölkənin tədiyə balansının maliyyə hesabının kəsiri 2 400,8 mln. dollar təşkil edib ki, bu da ÜDM-in 5,6%-nə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR