Azərbaycan peyk xidmətləri ixracını 9%-dək artırıb

Azərbaycan peyk xidmətləri ixracını 9%-dək artırıb
# 30 sentyabr 2020 12:18 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 30 ölkəsinə 30,4 mln. ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90%-ni təşkil edib.

2020-ci ilin avqust ayında isə "Azərkosmos" dünyanın 19 ölkəsinə 2,3 mln. dollar dəyərində xidmət ixrac edib. Bu, ötən ayla müqayisədə 2,8 dəfə, ötən ilin analoji ayı ilə müqayisədə isə 8% azdır. ASC-nin 2020-ci ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR