Azərbaycan peyk xidmətlərinin ixracını 10% artırıb

Azərbaycan  peyk xidmətlərinin ixracını 10% artırıb
# 31 avqust 2020 12:18 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 28,1 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “APA-Economics”in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% artım deməkdir.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2020-ci ilin iyul ayında isə “Azərkosmos” dünyanın 19 ölkəsinə 6,5 mln. dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-cu ilin yanvar-iyul aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir”, - deyə N. Hacızadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR