Azərbaycan peyk xidmətlərinin ixracını 8% artırıb

Azərbaycan peyk xidmətlərinin ixracını 8% artırıb
# 01 mart 2021 12:51 (UTC +04:00)

2021-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 21 ölkəsinə 1,98 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə ixracın dəyəri 8% artıb.

ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 84 faizini təşkil edib. “Azərkosmos” ASC-nin 2021-ci ilin yanvar ayında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Birləşmiş Krallıq, Fransa, ABŞ, BƏƏ, Pakistan və Türkiyədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR