Azərbaycan qızıl və gümüş hasilatını artırıb

Azərbaycan qızıl və gümüş hasilatını artırıb
# 21 yanvar 2020 17:53 (UTC +04:00)

Ötən il ərzində Azərbaycanda 3 711,6 kq qızıl hasil edilib ki, bu da 2018-ci il ilə müqayisədə 6,8% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 3 857,8 kq gümüş istehsal edilib. İllik müqayisədə bu göstərici də 19,5% artıb.

Statistikaya əsasən, 1 yanvar 2020-ci il tarixinə qızılda 79,5 ton, gümüşdə isə 56,5 ton hazır məhsul ehtiyatı yaranıb.

Qeyd edək ki, hazırda Azərbaycanda qızıl "AzerGold" QSC və Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən hasil olunur.

"Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR