Azərbaycan sığortaçıları yığımları 44%, ödənişləri isə 49% artırıb

Azərbaycan sığortaçıları yığımları 44%, ödənişləri isə 49% artırıb
# 31 mart 2020 11:21 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən cari ilin yanvar-fevral ayları ərzində 190 744,2 min manat sığorta haqqı yığılıb.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bu müddətdə şirkətlər tərəfindən 49 293,8 min manat həcmində sığorta ödənişi həyata keçirilib.

Hesabata əsasən sığorta yığımlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 43,6% artıb. Bu müddətdə ödənişlərin həcmində isə 48,9% artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR