Azərbaycan şəkər ixracını 11% artırıb

Azərbaycan şəkər ixracını 11% artırıb
# 15 may 2020 10:16 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 10 961,58 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin ilk dörd ayında 4 503,52 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisini 1,5% üstələyir.

Cari ilin yanvar-aprel aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,82%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR