Azərbaycan vətəndaşları ötən il Türkiyədə 1 279 ev alıb

Azərbaycan vətəndaşları ötən il Türkiyədə 1 279 ev alıb
# 14 yanvar 2021 12:52 (UTC +04:00)

Ötən il ərzində Azərbaycan vətəndaşları Türkiyədə 1 279 ev alıb ki, bu da əvvəlki illə müqayisədə 7,4% çoxdur.

APA-Economics”in məlumatına görə, bu barədə Türkiyənin Statistika İdarəsinin açıqlamasında deyilir.

Təkcə dekabrda Azərbaycan vətəndaşları qonşu ölkədə 155 evə (+6,2%) sahib olub.

Ümumiyyətlə, 2020-ci ildə əcnəbilər tərəfindən Türkiyədə 41 298 daşınmaz əmlak obyekti (-10,2%) alınıb ki, bunun 4 479-u dekabrda (-16,3%) əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR