Azərbaycan vətəndaşlarına xarici ölkələrdə 1,3 mlrd. dollarlıq turizm xidməti göstərilib

Azərbaycan vətəndaşlarına xarici ölkələrdə 1,3 mlrd. dollarlıq turizm xidməti göstərilib
# 13 dekabr 2019 16:58 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın digər ölkələrlə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən 1,7 dəfə azalaraq 2,7 mlrd. ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,4 mlrd. dollar) idxalı (1,3 mlrd. dollar) üstələməsi nəticəsində 80 mln. dollar həcmində profisit yaranıb.

Cari ilin ilk 9 ayı ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrünə nisbətən 18%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 10% artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1,3 mlrd. dollar məbləğində olub. Bunun 90%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR