Azərbaycan yeyinti məhsullarının idxalını 2,6% artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını 2,6% artırıb
# 16 iyun 2020 15:20 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 649 880,10 min ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk beş ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 2,6% çoxdur.

Ümumiyyətlə, yanvar-may aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15,6% təşkil edib.

Hesabat dövründə ölkəyə 40 397,31 min dollar dəyərində 22 574,34 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 37,5%, həcm göstəricisi üzrə isə 11,2% çoxdur.

Cari ilin yanvar-may ayları ərzində ölkəyə 7 861,24 min dollar dəyərində (artım 70,2%) 4 431,04 ton (artım 36,2%) süd idxal olunub.

Ölkəyə həmçinin 35 862,50 min dollar dəyərində 7 198,35 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 32,4% və 32% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR