Azərbaycan yeyinti məhsullarının idxalını 3,2% artırıb

Azərbaycan yeyinti məhsullarının idxalını 3,2% artırıb
# 14 avqust 2020 13:14 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 884 074,37 min ABŞ dollarına bərabər olub. Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yeddi ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 3,2% çoxdur.

Ümumiyyətlə, yanvar-iyul aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15% təşkil edib.

Hesabat dövründə ölkəyə 51 281,32 min dollar dəyərində 28 675,55 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 18,3%, həcm göstəricisi üzrə isə 0,45% azdır.

Cari ilin yanvar-iyul ayları ərzində ölkəyə 10 674,46 min dollar dəyərində (artım 31,2%) 6 227,01 ton (artım 24,6%) süd idxal olunub.

Ölkəyə həmçinin 50 957,33 min dollar dəyərində 10 300,13 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 36,6% və 37,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR