Azərbaycana avtomobil idxalı azalıb

Azərbaycana avtomobil idxalı azalıb
  • Clock-gray 18:34
  • calendar-gray 19 Fevral 2021

Bu ilin yanvar ayında Azərbaycana 53 444,59 min ABŞ dolları dəyərində 4 642 avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 12,4% və 21,4% azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə 4 238 vahid əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobili və digər mühərrikli nəqliyyat vasitəsi idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 23,8% azdır.

Bundan başqa, bu ilin ilk ayında ölkəyə 5 723,62 min dollar dəyərində 367 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq dəyər ifadəsində 39% çox, say baxımından isə 25,7% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 31 vahid (5 vahid az) 3 872,96 min dollar dəyərində (25,7% çox) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 6 vahid (12 vahid az) 656,25 min dollar dəyərində (73% az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar ayında ölkəyə dəyəri 2 321,3 min dollar (ötən ilin yanvar ayı ilə müqayisədə 33,9% az) təşkil edən 459 vahid (200 vahid az) daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 258,49 min dollar (3,2 dəfə çox) dəyərində 2 vahid (5 vahid az) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Hüseyn Vəliyev

Digər xəbərlər