Azərbaycana avtomobil idxalı yanvar-sentyabrda 25% artıb

Azərbaycana avtomobil idxalı yanvar-sentyabrda 25% artıb
  • Clock-gray 11:12
  • calendar-gray 20 Oktyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 38 632 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkəyə 36 036 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 29,5% çoxdur.

Bundan başqa, bu ilin doqquz ayında ölkəyə 2 377 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə 8,5% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 129 ədəd (artım 65,2%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 90 ədəd (25 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında ölkəyə 3 678 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 142 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ümumi olaraq, yanvar-sentyabr aylarında avtomobil idxalının dəyəri 462 654,06 min ABŞ dolları təşkil edib.

Hüseyn Vəliyev

Digər xəbərlər