Azərbaycana gələn əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların dəyəri 3,5% azalıb

Azərbaycana gələn əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların dəyəri 3,5% azalıb
# 28 fevral 2020 15:11 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardığı əməliyyatların dəyəri 85,2 mln. manat təşkil edib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri​ Nicat Hacızadə deyib.

"2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib", - deyə N. Hacızadə qeyd edib.

Qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardığı əməliyyatların dəyəri 88,3 mln. manat təşkil edib. Göründüyü kimi, bu göstərici son bir ildə 3,1 mln. dollar və ya 3,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR