Azərbaycana gələn əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların dəyəri ötən ilin dekabrında 12% artıb

Azərbaycana gələn əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların dəyəri ötən ilin dekabrında 12% artıb
# 29 yanvar 2020 11:14 (UTC +04:00)

2019-cu ilin dekabr ayında Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 2018-ci ilin dekabr ayı ilə müqayisədə 11,8% artaraq 93 mln. manat təşkil edib.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn deyib.

"Ümumilikdə, 2019-cu ilin yanvar-dekabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1,257 mlrd. manat təşkil edib", - deyə R. Hüseyn qeyd edib.

Xatırladaq ki, ötən il Azərbaycana dünyanın 193 ölkəsindən 3,2 mln. və ya əvvəlki illə müqayisədə 11,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR