Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib

Azərbaycana gətirilən tibbi maska və əlcəklər daha bir ay gömrük rüsumundan azad edilib
# 23 may 2020 20:06 (UTC +04:00)

Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı " “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” 2020-ci il 5 mart tarixli 84 nömrəli Qərarında dəyişiklik edib.

Bu müddət iyunun 1-dən iyulun 1-dək uzadılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR